İngiltərə Trofi Kubokunda qrup mərhələsinin III turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Serhat Taşdemirin formasını geyindiyi "Piterboro Yunayted" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv bu dəfə doğma meydanda "Kembric Yunayted"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
 
Taşdemir də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.
 
"Piterboro Yunayted"in yer aldığı H qrupunda "Northempton"la London "Arsenal"ının U-21 komandası da qərarlaşıb. Futbolçumuzun komandası ilk turda "Northempton"u səfərdə 2:0, ardından evdə "Arsenal"ı 1:0 yenmişdi. Sözügedən kollektiv hazırda 9 xalla qrup lideridi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest