2018-ci ilin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top" mükafatının sahibi olmağa ən real namizədlərin adları açıqlanıb. Matç.az saytı xəbər verir ki, "France Football"ın keçirdiyi sorğuda səslərin yarısının hesablandığı iddia edilir.

Fransalı həmkarlarımız son 10 ildə hərəyə 5 dəfə "Qızıl top" alan portuqaliyalı Kriştianu Ronaldo və Lionel Messinin liderlərdən geri qaldığı iddiasındadı. Bildirilir ki, səslərin yarısı hesablandıqdan sonra Xorvatiya millisinin və "Real"ın yarımmüdafiəçisi Luka Modriç hamını qabaqlayır və məhz onun mükafata sahib çıxacağı gözlənilir.

İlk "üçlük"də Fransa millisinin iki üzvü də yer alıb. Modriçi klubdakı komanda yoldaşı Rafael Varan izləyir. 3-cü sırada isə PSJ-nin gənc ulduzu Killian Mbappe qərarlaşıb.   

Qeyd edək ki, "Qızıl top"un sahibi dekabrın 3-də açıqlanacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest