Qazaxıstan Premyer Liqasında yenicə başa çatan mövsümün ən yaxşıları açıqlanıb. Kapitanlar və baş məşqçilər arasında aparılan səsvermənin yekununda hər mövqenin ən yaxşı "3-lüy"ü açıqlanıb.

Qazaxıstan Premyer Liqasında yenicə başa çatan mövsümün ən yaxşıları açıqlanıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, kapitanlar və baş məşqçilər arasında aparılan səsvermənin yekununda hər mövqenin ən yaxşı "3-lüy"ü müəyyənləşib.

"Tobol"un şərəfini qoruyan Azərbaycan millisinin qapıçısı Emil Balayev də siyahıya düşə bilib. Belə ki, o, mövsümün ən yaxşı 3-cü qapıçısı seçilib. Səsvermədə həmyerlimizi Nenad Eriç və Dmitri Nepoqodov qabaqlayıb.

Qeyde dək ki, "Tobol" mövsümü 4-cü pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest