İngiltərə millisinin hücumçusu Rahim Sterlinq baş məşqçi tərəfindən komandadan qovulub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb ulduz futbolçunun komanda yoldaşı ilə dalaşmasıdı.

Belə ki, Premyer Liqanın geridə qalan "Liverpul" - "Mançester Siti" (3:1) görüşündə rəqib müdafiəçi Co Qomeslə mübahisə edən Sterlinq bunu yığmanın ilk məşqi zamanı da davam etdirib. Qomeslə əlbəyaxa olan forvard onun boğazından yapışıb. Nəticədə baş məşqçi Qaret Sautqeyt aparıcı oyunçunu yığmadan qovub.

Sterlinq AVRO-2020-nin seçmə mərhələsində Monteneqro ilə noyabrın 14-də keçiriləcək matçı buraxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest