Türkiyənin “Qalatasaray” klubu daha bir ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Florin Andone sıradan çıxıb.
 
O, Super Liqanın 11-ci turu çərçivəsində keçirilən “Qaziantep”lə oyunda zədələnib. Start heyətdə meydana çıxan rumıniyalı forvard rəqib futbolçu ilə mübarizə zamanı aldığı zədə səbəbindən 11-ci dəqiqədə əvəzlənmişdi.
 
26 yaşlı forvard artıq tibbi müayinədən keçib. “Qalatasaray”ın mətbuat xidmətindən verilən məlumata görə, Andonenin sağ diz bağlarında yırtıq aşkarlanıb. Bu üzdən də o, 10-12 həftədən sonra yaşıl meydanlara dönə biləcək.
 
Andone zədə səbəbindən dəvət aldığı Rumıniya yığmasının heyətindən də çıxarılıb. İngiltərənin “Brayton” klubundan icarəyə götürlən rumıniyalı futbolçu bu mövsüm Super Liqada 2 qola imza atıb.
 
Xatırladaq ki, “Qalatasaray”ın digər hücumçusu Radamel Falkao da xeyli müddətdi zədə səbəbindən komandasına kömək edə bilmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest