"Yuventus" hücumçusu Qonzalo İquaini komandada saxlamaq niyyətindədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu klubun idman direktoru Fabio Paratiçi deyib.

O, argentinalı forvardla yeni müqavilə bağlamağa hazırlaşdıqlarını söyləyib: "İquain çox yaxşı oynayır. Məncə, o, dünyanın ən yaxşı üç mərkəz hücumçusundan biridi. Ondan gözlədiyimizi edir, əla oyunçudu".

Qeyd edək ki, Qonzalo İquainin "Yuventus"la hazırkı müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest