Futbol üzrə İspaniya La Liqasında 13-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Sevilya” Əndəlüs derbisində “Betis”lə üz-üzə gəlib və çətin qələbəyə sevinib. 

“Malyorka” “Vilyarreal”ı, “Atletik” “Levante”ni, “Atletiko” isə “Espanyol”u məğlub yola salıb.

İspaniya La Liqası
13-cü tur

8 noyabr

Real Sosyedad – Leqanes 1:1
Qol: Merino, 63 – En Nesiri, 78.

9 noyabr

Alaves – Valyadolid 3:0
Qol: Xoselu, 26. Pina, 32. L.Peres, 75.

Valensiya – Qranada 2:0
Qol: Vass, 74. Torres, 90+7.

Eybar – Real 0:4
Qol: Benzema, 17; 29-pen. S.Ramos, 20-pen. Valverde, 61.

Barselona – Selta 4:1
Qol: Messi, 23-pen; 45+1; 48. Buskets, 85 – Olaza, 42.

10 noyabr

Malyorka – Vilyarreal 3:1
Qol: Junior, 13-pen. Rodriqes, 23-pen. Kubo, 53 – Kasorla, 49-pen.

Atletik – Levante 2:1
Qol: Muniain, 57. Kapa, 88 – Poştiqo, 45+1.

Atletiko – Espanyol 3:1
Qol: Korrea, 45+1. Morata, 58. Koke, 90+1 – Darder, 38.

Xetafe – Osasuna 0:0

Betis – Sevilya 1:2
Qol: Loren, 45 – Okampos, 13. De Yonq, 55.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest