"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike Azərbaycana gəlib. Matc.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Ağdam klubunun düşərgəsinə baş çəkib. O, bu gün Premyer Liqanın XI turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda "Zirə" ilə keçirilən oyundan sonra  jurnalistlərin suallarını cavablandırıb.


- Həm istirahət üçün gəldim, həm də Bakıda çoxlu dostlarım var. Həm də "Qarabağ" mənim karyeramda xüsusi yeri olan klubdur. Mən bu oğlanlarla gözəl mövsüm keçirmişəm.

- Azarkeşlər hələ də sənin üçün darıxır...
- Bəli, elədi. Mən hələ də fanatlarla danışıram. Bir gün bura qayıtsam, qapıların açıq olduğunu bilirəm.

- Bir gün "Qarabağ"a qayıtmaq istəyərdin?
- Mənim "Kayserispor"la müqaviləm var. Heç nə bilmirəm. Yenidən burda oynamaq möhtəşəm olar. Bu barədə çox danışmaq istəmirəm. Türkiyədə müqaviləm var. Hər şeyi zamanla görəcəyik.

- "Qarabağ"ın oyunlarını izləyirsiniz?

- Bəli. Hər zaman bu klubu izləyirəm və əlaqəm var. APOEL-lə oyuna baxdım. Yaxşı oyun olsa da, nəticə belə alındı. Futbolda bəxtsiz anlar olur. Hələ də şanslar qalıb.

- "Qarabağ"da oynamaq asandı, yoxsa "Kayserispor"da
- Türkiyədə çempionat çox güclüdü. Super Liqada asan oyun olmur. "Qarabağ" keyfiyyət baxımından digər komandalardan üstündü.

- APOEL-ə məğlubiyyətdən sonra "Qarabağ"ın Avropa Liqasındakı şanslarını necə dəyərləndirirsiz?
- Mən inanıram və "Qarabağ"ı dəstəkləyirəm. Bunun üçün hələ şanslar var. İnanıram ki, "Qarabağ" bunu bacarar.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest