İspaniya La Liqasının 13-cü turu çərçivəsində "Barselona"nın "Selta"ya 4:1 hesabıyla qalib gəldiyi oyunda zədələnən futbolçusu Nelson Semedonun vəziyyətinə aydınlıq gəlib. Matc.az "Barselona"nın rəsmi saytına istinadən xəbər verir ki, oyunun 23-cü dəqiqəsində zədələnərək, meydanı vaxtından əvvəl tərk edən portuqaliyalı futbolçunu Serxio Buskets əvəzləyib. 
 
Aparılan tibbi müayinələrdən sonra Semedonun sol ayağından zədələndiyi və təxminən 5 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
 
25 yaşlı futbolçu, cari mövsümdə 16 oyunda iştirak edib, 3 məhsuldar ötürməylə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest