Futbol üzrə Albaniya çempionatında 12-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi "Biliş" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Skenderbeu" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.
 
Eltun da bu görüşün iştirakçısı olub. Zədədən yeni qayıdan futbolçumuz start heyətdə meydana çıxıb.
 
"Biliş" 12 turdan sonra 20 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb.
 
Xatırladaq ki, Albaniya klubu Turabovu "Sabah"dan icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest