Futbol üzrə Latviya çempionatında mövsümə yekun vurulub. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi "Liepaya" da sonuncu matçına çıxıb.
 
Sözügedən kollektiv 36-cı tur çərçivəsində səfərdə "Ventspils"lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Vüqar da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib. 
 
"Liepaya" mövsümü 39 xalla 9 komanda arasında 6-cı pillədə başa vurub. Vüqar isə geridə qalan mövsümdə 8 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest