Futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.

"çelsi" bu turda "Kristal Pelas"la qarşılaşıb və inamlı qələbəyə sevinib. 

"Arsenal" isə çətin "Lester" səfərindən məğlub qayıdıb. 

"Tottenhem" də "Şeffild Yunayted"lə ev oyununda xal itkisi ilə üzləşib.

İngiltərə Premyer Liqası
12-ci tur

8 noyabr

Norviç – Uotford 0:2
Qol: Deluofeu, 2. Qray, 52.

9 noyabr

çelsi – Kristal Pelas 2:0
Qol: Abraham, 52. Pulişiç, 79.

Bernli – Vest Hem 3:0
Qol: Barnes, 11. Vud, 44. R.Ximenes, 54-öz qapısına.

Nyukasl – Bornmut 2:1
Qol: Yedlin, 42. Klark, 52 – Uilson, 14.

Sauthempton – Everton 1:2
Qol: İnqs, 50 – Deyvis, 4. Riçarlison, 75.

Tottenhem – Şeffild Yunayted 1:1
Qol: Son, 58 – Baldok, 78.

Lester – Arsenal 2:0
Qol: Vardi, 68. Maddison, 75.

10 noyabr

18:00 Mançester Yunayted – Brayton
18:00 Vulverhempton – Aston Villa
20:30 Liverpul – Mançester Siti

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest