Futbol üzrə Rusiya Premyer Liqasında 16-cı turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva “Dinamo”su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Rubin”lı qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
 
Ramil də bu görüşün iştirakçısı olub. Millimizin forvardı 73-cü dəqiqədə meydana buraxılıb.
 
“Dinamo” 16 turdan sonra 18 xalla 16 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest