İspaniya Sequndasında XIII turun oyunları keçirilir. Matç.az saytı xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi "Alkorkon" səfərdə "Luqo" ilə qarşılaşıb.

Təmsilçimizin adı bu oyunun protokoluna daxil edilməyib. Onun yoxluğunda komandası 1:0 hesablı qələbə qazanıb.

13 matçdan sonra xal hesabını 27-yə çatdıran "Alkorkon" turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest