"Bu gün son anlara qədər sərt oyun alındı". Matç.az saytı xəbər verir ki, bu sözlər "Neftçi"nin baş məşqçisi Roberto Bordinə məxsusdu.
Topaz Premyer Liqasının XI turunda "Zirə"ni qəbul edən çempionatın lideri büdrəyib (2:2).

Oyunsonrası mətbuat konfransında italiyalı mütəxəssisin bərabərlik şərhi belə olub: "Hər iki komanda qələbə qazanmağa çalışdı. Sonuncu yerə layiq olmayan rəqiblə qarşılaşırdıq. üzücü hal odu ki, hesabda öndə olsaq da, bunu qoruya bilmədik".

- "Neftçi"nin müdafiə xəttinin zəif olması bu gün də özünü göstərdi. Zədələnən Kiril Petrov gələn tur olmasa, vəziyyətiniz necə olacaq?
- Son oyunda Anton Krivorsuk və Slavko Braliç cütlüyü yaxşı çıxış etmişdi. Petrov öz oyunu ilə gənclərə dəstək verir, komandaya kömək edir. Anton və Braliç də pis çıxış etmədilər.

- Elədisə, Krivotsukun ehtiyatda qalmasının səbəbi nə idi?
- Bu nə sualdı? Sualın məntiqini başa düşə bilmədim. Heyət bir gün öncə məşqdən sonra müəyyən edilir. Bu, futboldu. Bu dəfə Braliçə üstünlük verdik. Taktiki seçim idi.

- Rəqibin heyətində xüsusi fərqləndirə biləcəyiniz oyunçu varmı?
- Fərdi cəhətdən kimisə fərqləndirə bilmərəm. Komanda oyunu göstərirdilər. Hətta hesab 2:2 olarkən də əks-hücumdan qol vura bilərdik.

- Baxışda olan futbolçu ilə müqavilə imzalanacaqmı?
- Bu haqda danışmaq üçün tezdi. Normal oyunçudu. Amma qərar vermək üçün hələ tezdi.

- Köməkçiniz Füzuli Məmmədovun durumu necədi?
- Vəziyyəti yaxşıdı. Bu gün bir az qorxduq. Həm köməkçi məşqçimə, həm də "Zirə"nin qapıçısına görə qorxduq. Oyunda belə gərginlik yarandı.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest