Tbilisidə təlim-məşq toplanışında olan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirib. Matç.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, "Tbilisi Olimpik Palace"də keçirilən qarşılaşma yığmamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı Kənan Əsədli açıb. Bu, fasiləyə qədər vurulan yeganə qol olub. Daha sonra millimiz fərqi 2 top çatdırıb ki, bu dəfə kapitan adını tabloya yazdırıb. Nisbətən arxayınlıq rəqibin qol vurmasına şərait yaradıb. Bununla belə, Ağatahir Əzimovun yetirmələri yenidən rəqib qapısına yol tapıb və fərqi 2 topa çatdırıb. Bundan sonra oyunu əsasən 5 meydan oyunçusu ilə keçirən və son dəqiqədə qol vuran gürcülər fərqi minimuma endirib. Beləliklə ilk beynəlxalq oyununu keçirən U-19 qələbə qazanıb. Bu komandalar arasında növbəti oyun sabah saat 13:00-da keçiriləcək.

Beynəlxalq yoldaşlıq oyunu

Gürcüstan U-19 – Azərbaycan U-19  - 2:3 (0:1)

10 noyabr. Tbilisi. Olimpik Palace. Saat 19:00. Hakimlər: Arsen Nonikaşvili, Şota Kukilava, Zviad Bliadze (hamısı Gürcüstandan)

Qollar: G. Zunturov, 30:16, G. çadunili, 39:00 // K. Əsədli, 14:00, C. Nuriyev, 26:29, İ. Pənahov, 32:32

Sarı vərəqə: V. Reznov, 11

Gürcüstan U-19: 1. Tornik Bvalişvili (q, k), 3. Data Mageladze, 10. Geva Kosnadze, 11. Giorgi Zunturov, 17. Nika Nadareişvili, 12. Vasil Tskitişvili (q), 4. Beka Bekauri, 16. Roman Kuklianidze, 7. Giorge Glartadze, 77. Nika Klaratişvili, 9. Bakly Claduneli, 6. Saba Egristşvili, 8. Giorti çadunili, 20. Levan Svanidze, 18. İrakli Qabiskiria, 23. Tornike Kenia (q)

Baş məşqçi: Avtandil Asatiani

Azərbaycan U-19: 1. Vladislav Reznov (q), 2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 7. Nurlan Mehdizadə, 10. Kənan Əsədli, 12. Niyaz Əhmədov (q), 4. Turan Əhmədov, 6. Rauf Rüstəmov, 9. Hüseyn Qarayev, 9. Rafael Mütəllimov, 11. Sabir Həsənov, 13. Fuad Məmmədzadə, 14. Ceyhun Nuriyev, 15. Nicat Quluzadə

Məşqçi: Ağatahir Əzimov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest