O qədər də ürəkaçan mövsüm keçirməyən "Barselona" baş məşqçi Ernesto Valverdeni istefaya göndərməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya təmsilçisi ən geci qış fasiləsində təcrübəli mütəxəssislə yolları ayırmağı planlaşdırır.

La Liqa çemionu hətta yeni çalışdırıcısını da müəyyənləşdirib. Belə ki, ispanlar hazırda "River Pleyt"in "sükanı arxası"nda olan Marselo Qalyardo ilə danışıqlara başlayıb. İddiaya görə, Qalyardo artıq gələn ay komandanı qəbul etməyə hazırdı.

Qeyd edək ki, Marselo Qalyardo 2014-cü ildən "River Pleyt"ə rəhbərlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest