çempionlar Liqasının (çL) qrup mərhələsinin IV turunda "Qalatasaray" üzərində böyükhesablı qələbə qazanan (6:0) "Real"da hücumçu Kərim Benzema dubla imza atıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı forvard cari mövsüm bu turnirdə qol hesabını açıb.

Bununla Benzema ardıcıl 15-ci mövsümdü çL-də ən 1 qol da olsa vurmağı bacarır. O, bu göstəriciyə görə "Barselona"nın kapitanı Lionel Messiyə məxsus rekordu təkrarlayıb. Argentinalı III turda "Slaviya" ilə qarşılaşmada bunu bacarmışdı.

Bundan başqa "Real"ın heyətində ən mötəbər turnirdə qollarının sayını 50-yə çatdıran Benzema əfsanəvi Alfredo Di Stefanonu (49 qol) geridə qoyub və klub tarixinin 3-cü bombardiri olub. Bu baxımdan o, Raul (66) və Kriştianu Ronaldodan (105) geri qalır.

Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən "Real"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest