"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger "Bavariya"nın "sükanı arxası"na keçmək arzusundadı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu təcrübəli mütəxəssis özü söyləyib.

70 yaşlı məşqçi hazırda baş məşqçi axtarışında olan Almaniya klubuna öz xidmətini təklif edib: "Əlbəttə, "Bavariya"da işləməkdə maraqlıyam. Məşqçilik mənim bütün həyatımdı. Matçlarda qalib gəlmək, komanda hazırlamaq və bundan zövq almaq hazırda məndə çatmayan yeganə şeydi".

Qeyd edək ki, "Bavariya" Bundesliqanın ötən turunda "Ayntraxt"a böyük hesabla (1:5) məğlub olduqdan sonra Niko Kovaç istefaya göndərilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest