Topaz Premyer Liqasının XI turunun "Neftçi" – "Zirə" qarşılaşmasında xoşagəlməz hadisə yaşanıb. Matç.az saytı xəbər verir ki, bu hadisə Baqali Dabonun hesabı açdığı 36-cı dəqiqədə yaşanıb.

Qol sevinci "ağ-qaralar"ın texniki zonasında da çılığınlıqla qeyd olunub. Hamının bir-biri ilə qucaqlaşıb, sevincini paylaşdığı anda baş məşqçi Roberto Bordinin köməkçisi Füzuli Məmmədov yerə yıxılıb.

Bordinlə toqquşmadan aldığı zərbə onu "nokaut"a salıb. Məmmədova ilk yardımı da baş məşqçi, ardınca isə həkimlər göstərib. Hüşunu itirən çalışdırıcı tezliklə özünə gəlib və soyunub-geyinmə otağına aparılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest