Libertadores Kubokunun final görüşünün yeri dəyişdirilib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, həlledici qarşılaşma çilidə oynanılmayacaq.

Buna səbəb adıçəkilən ölkədə iğtişaşların olmasıdı. Cənubi Amerika Futbol Konfederasiyasının qərarına görə, final matçı Perunun paytaxtı Lima şəhərində keçiriləcək. Görüşün tarixində də dəyişiklik olub. Həlledici oyun noyabrın 24-də yox, bir gün əvvəl olacaq.

Qeyd edək ki, Libertadores Kubokunun finalında "River Pleyt"lə "Flamenqo" qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest