"Azərsu" ASC "Sumqayıt"ın su ilə təhcizatını dayandırıb. Matc.az xəbər verir ki, problem borcdan qaynaqlanır. Belə ki, "gənclik şəhəri" təmsilçisi sözügedən şirkətə 25 min manat ödəməlidi. Bu Kamran Quliyevin prezidentliyi dövründə yığılıb qalan borcdu.
 
Onun başı həmin vaxt başqa işlərə qarışdığından, borc məsələsinə səhlənkar yanaşıb və indi bunun əziyyətini keçmiş klubu çəkir. "Azərsu"nun əməkdaşları "Kapital Bank Arena"ya gələrək, sayğacı "blomlayıb".
 
Şirkət son günlər müəyyən qədər ödəniş edən "Sumqayıt"a vaxt verib. "Kimyaçılar" yaxın 1 ay ərzində borcu tam bağlamasa, sənədlər inzibati qaydada məhkəməyə göndəriləcək. sportinfo.az
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest