Almaniyanın "Şalke" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisinin futbolçusu Salif Sane sıradan çıxıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Seneqal millisinin üzvü olan 29 yaşlı yarımmüdafiəçi əməliyyat olunub. Sanenin ən azı 3-4 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
 
Bu mövsüm "Şalke" ilə 11 oyuna çıxan Sane, 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest