İspaniyanın "Leqanes" klubunun baş məşqçisi məlum olub. Matc.az xəbər verir ki, La Liqa təmsilçisinin "sükan"ı Xavyer Aqirreyə tapşırılıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Meksikalı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.
 
Daha əvvəl İspaniyada "Atletiko", "Osasuna", "Saraqosa" kimi klublarda baş məşqçilik edən Aqirre, son olaraq Misir millisini çalışdırıb.
 
"Leqanes" hazırda La Liqada 5 xalla sonuncu – 20-ci sırada yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest