Qazaxıstan Premyer Liqasında XXXII turun simvolik komandası müəyyənləşib. Azərbaycan millisinin qapıçısı Emil Balayev növbəti dəfə ən yaxşı "11-liy"ə düşüb. Həmkarlarımız Balayevin komandasını bir neçə dəfə komandasını real qoldan xilas etməsini qiymətləndirib.

Qazaxıstan Premyer Liqasında XXXII turun simvolik komandası müəyyənləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayev növbəti dəfə ən yaxşı "11-liy"ə düşüb.

Doğrudu, onun komandası ötən turda doğma arenasında çempion "Astana"ya 0:1 hesabı ilə məğlub olub. Ancaq həmkarlarımız Balayevin komandasını bir neçə dəfə komandasını real qoldan xilas etməsini qiymətləndirib. "Tobol"dan rəmzi komandaya düşən yeganə oyunçu məhz Emil olub.

Qeyd edək ki, "Tobol" çempionatda sona bir tur qalmış 4-cü pillədə qərlarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest