"Portu"nun qapıçısı İker Kasilyasın səhhəti ilə bağlı problem yoluna qoyulub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı qolkiper artıq məşqlərə başlayıb.

Mayın 1-də infarkt keçirən 38 yaşlı qolkiper həmin vaxtdan bəri ilk dəfə kollektivə qoşulub. Lakin o, təxminən 20-25 dəqiqəlik fərdi məşqlərlə kifayətlənib. İspaniya millisinin üzvü tvitter səhifəsi vasitəsilə "6 ay 3 gün ərzində qutuda idim" deyə yazıb.

Qeyd edək ki, İker Kasilyas karyerasını bitirib-bitirməyəcəyinə hələ qərar verməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest