Türkiyə PTT I liqasında XII turun oyunları davam edir. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Ufuk Budakın şərəfini qoruduğu "Boluspor" növbəti oyununu keçirib.

Bolu təmsilçisi öz meydanında "Dənizlispor"u qəbul edib. Ev sahibləri ilk hissədə hesabı açsalar da, fasilədən sonra 10 dəqiqə ərzində 2 top buraxaraq, məğlubiyyətə düçar olub. Start heyətində yer alan Budak sona qədər meydanda olub.

Bu yenilgi 2-ci pillədəki "Boluspor"un (26 xal) liderə yaxınlaşmasına imkan verməyib. Eyni zamanda 3-cü yerdəki "Dənizlispor" Bolu klubu ilə xal fərqini 1-ə endirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest