"Bu gün "Qarabağ" rəqibdən çəkinmirdi. çalışırdı ki, futbol oynasın". Matç.az saytı xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev deyib.

Təcrübəli müdafiəçi Avropa Liqasının II turunun "Arsenal"la ev oyunu (0:3) barədə fikirlərini açıqlayıb: "Komandamız əlindən gələni etdi ki, hücumlar qursun. Kifayət qədər də qol imkanı yaratdıq. Bu da bizim üçün müsbət məqamdı. çünki "Arsenal" kimi rəqibə qarşı oynamaq hər komandanın işi deyil. Futbolçular da hiss edir ki, rəqibdən çəkinmədik, imkan yaratdıq, amma alınmadı. "Arsenal"ın bizimlə müqayisədə başqa səviyyəli komanda olduğunu dərk edirik. Uduzsaq da nəticə önəmli deyil. Biz "Arsenal" kimi komandanı Bakıya gətirmişik. Azarkeşlər belə bir komandanı gördü, maraqlı oyun izlədi".

- Erkən qolun nəticəyə təsiri oldu?
- İlk qol kuryoz alındı. Futbolçu özü də bilmədi top harasına dəydi. Bizim tərəfdən bir az diqqətsizlik oldu. çalışdıq ki, futbol oynayaq, topu saxlayaq. Lakin rəqib 2-3 imkan yaratdı və bundan istifadə etdi.

- İlk yarıda İvobini saxlamaqda çətinlik çəkirdiz. Fasilədən sonra bunu aradan qaldırdız...
- İvobi fərdi ustalığı güclü olan oyunçudu. çalışırdım hücumlara da qoşulum. Buna görə daha çox güc sərf etdim. Bir az çətin idi.


- Mahir Mədətov əvəzlənəndə onu fitə basdılar, Məsut özili isə alqışlarla qarşıladılar. Kapitan kimi bunu necə qarşıladın?
- Fitə basmağı yaxşı qarşılamıram. Mahir gənc futbolçudu. Ona indidən təzyiq etsələr, gələcəkdə potensialını aça bilməyəcək. Ona dəstək olmaq lazımdı. Hər 21 yaşlı futbolçuya "Arsenal"a qarşı oynamaq nəsib olmur. Biz təcrübəlilər bir az həyəcanlanırıqsa, gənc futbolçunu sıxmaq lazım deyil. özil meydana daxil olanda alqışlanmasına gəlincə, yəqin çox sayda fanatları var. Həqiqətən böyük oyunçudu, həm də bir tərəfi türkdü.


- Epizodların birində hətta qapıya zərbə endirmədi...
- Bunu görmədim.

- Formanı rəqiblə dəyişdizmi?
- Yox. Azarkeşlərimdən birinə verdim. Onlar buna layiq idilər. Futbolçuları yığıb, azarkeşlərin önünə getdik, onları alqışladıq. çünki gəlib bizi dəstəkləyiblər. Rəqib formalarına isə yaxın durmuram.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest