"Bavariya"nın baş məşqçi postuna ilk namizədi bəllidi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Münhen klubunu Massimiliano Alleqri çalışdıra bilər.

Bundesliqanın geridə qalan turunda "Ayntraxt" önündə darmadağın olan (1:5) çempion bu üzdən Niko Kovaçı postunda qovmuşdu. Rəhbərlik boş qalan yerə məhz Alleqrini gətirmək niyyətindədi. Bu məqsədlə italiyalı mütəxəssislə danışıqlara start verilib.

Qeyd edək ki, "Bavariya" hazırda Bundesliqada 4-cü pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest