Futbol üzrə İtaliya A Seriyasında 11-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.

"Verona" "Breşiya" ilə ev oyundan qalib ayrılıb. "Atalanta" doğma meydanda "Kalyari"yə, "Cenoa" "Udineze"yə uduzub. "Leççe" – "Sassuolo" matçında qalib müəyyənləşməyib. "Fiorentina" da "Parma" ilə qarşılaşmada xal itkisi ilə üzləşib.

"Milan" bu turda "Latsio"nu qəbul edib. üç qolun qeydə alındığı bu görüş Milan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. 

İtaliya A Seriyası
11-ci tur

2 noyabr

Roma – Napoli 2:1
Qol: Zaniolo, 19. Veretu, 55-pen – Milik, 72.

Bolonya – İnter 1:2
Qol: Soriano, 59 – Lukaku, 75; 90+2-pen.

Torino – Yuventus 0:1
Qol: De Liqt, 70.

3 noyabr

Atalanta – Kalyari 0:2
Qol: Paşaliç, 32-öz qapısına. Oliva, 58.

Cenoa – Udineze 1:3
Qol: Pandev, 22 – De Paul, 32. Sema, 87. Lasanya, 90+4.

Leççe – Sassuolo 2:2
Qol: Lapadula, 18. Falko, 42 – Tolyan, 35. Berardi, 85.

Verona – Breşiya 2:1
Qol: Salsedo, 50. Pessina, 81 – Balotelli, 85.

Fiorentina – Parma 1:1
Qol: Kastrovilli, 67 – Jervinyo, 40.

Milan – Latsio 1:2
Qol: Bastos, 28-öz qapısına – İmmobile, 25. Korrea, 83.

4 noyabr

23:45 SPAL – Sampdoriya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest