Futbol üzrə İngiltərə Premyer Liqasında 11-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.

"Lester Siti" səfərdə "Kristal Pelas" üzərində inamlı qələbəyə sevinib. 

"Tottenhem" isə "Everton" səfərində qələbəni 90+8-ci dəqiqədə əldən verib. Meydan sahiblərinin yeganə qolunu isə Türkiyə millisinin forvardı Cenk Tosun vurub.

İngiltərə Premyer Liqası
11-ci tur

2 noyabr

Bornmut – Mançester Yunayted 1:0
Qol: Kinq, 45.

Arsenal – Vulverhempton 1:1
Qol: Obameyanq, 21 – R.Ximenes, 76.

Aston Villa – Liverpul 1:2
Qol: Trezeqe, 21 – Robertson, 87. Mane, 90+4.

Brayton – Norviç 2:0
Qol: Trossard, 68. Daffi, 84.

Mançester Siti – Sauthempton 2:1
Qol: Aquero, 70. Uolker, 86 – Uord-Prouz, 13.

Şeffild Yunayted – Bernli 3:0
Qol: Lundstram, 17; 43. Flek, 44.

Vest Hem – Nyukasl 2:3
Qol: Balbuena, 73. Snodqrass, 90 – Klark, 16. Fernandes, 22. Şelvi, 51.

Uotford – çelsi 1:2
Qol: Deulofeu, 79 – Abraham, 5. Pulişiç, 55.

3 noyabr

Kristal Pelas – Lester 0:2
Qol: ç.Söyüncü, 57. Vardi, 88.

Everton – Tottenhem 1:1
Qol: C.Tosun, 90+8 – D.Alli, 63.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest