Futbol üzrə İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) 17-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi "Piterboro Yunayted" klubu da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Blakpul" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 3:4.
 
Serhat da bu qarşılaşmanın iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb.
 
"Piterboro Yunayted" 17 turdan sonra 28 xalla 23 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest