Futbol üzrə İspaniya La Liqasında 12-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.

Lider "Barselona" bu turda "Levante" səfərinə yollanıb və gözlənilməz məğlubiyyətlə üzləşib. "Real" isə "Betis"i sınağa çəkib. Madrid təmsilçisi də doğma meydanda xal itkisi ilə üzləşib.

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Sevilya" "Atletiko" ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma heç-heçə yekunlaşıb. "Valensiya" da səfərdə "Espanyol"dan güclü olub.

İspaniya La Liqası
12-ci tur

2 noyabr

Espanyol – Valensiya 1:2
Qol: Roka, 31-pen – Parexo, 69-pen. M.Qomes, 80.

Levante – Barselona 3:1
Qol: Kampana, 61. Mayoral, 63. Radoxa, 68 – Messi, 38-pen.

Sevilya – Atletiko 1:1
Qol: F.Vaskes, 28 – Morata, 60.

Real – Betis 0:0

3 noyabr

15:00 Valyadolid – Malyorka
17:00 Vilyarreal – Atletik
19:00 Osasuna – Alaves
21:30 Selta – Xetafe
21:30 Leqanes – Eybar
00:00 Qranada – Real Sosyedad

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest