"çelsi" İngiltərə Premyer Liqasının 11-ci turunda "Uotford"la qarşılaşacaq. Matc.az xəbər verir ki, "zadəganlar" sözügedən səfər oyununda Antonio Rüdigerin köməyindən istifadə edə bilməyəcək.

Bu barədə komandanın baş məşqçisi Frenk Lempard klubun saytına açıqlamasında deyib. O, alman müdafiəçinin zədə səbəbindən bu oyunda iştirak etməyəcəyini bildirib.
 
Bu gün keçiriləcək "Uotford" – "çelsi" oyunu saat 21:30-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest