İtaliyanın "Udineze" klubu baş məşqçisi İqor Tudoru istefaya göndərib. Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Buna komandanın son oyunlardakı biabırçı məğlubiyyətlərlə üzləşməsi səbəb olub. "Udineze" son iki turda "Atalanta"ya səfərdə 1:7, "Roma"ya isə edə 0:4 hesabıyla uduzmuşdu.
 
"Udineze" hazırda A Seriyasında 10 turdan 10 xalla 14-cü sıradadı. Komanda geridə qalan 9 turda 17 qol buraxıb ki, onun da 11-i son iki qarşılaşmaya təsadüf edib.
 
Xatırladaq ki, Tudor ikinci dəfə "Udineze"dən qovulur. 41 yaşlı xorvatiyalı mütəxəssis 2018/19 mövsümündə də 11 oyuna 16 xal toplamasına baxmayaraq, istefaya göndərilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest