"çətin və maraqlı oyun oldu. Meydanda xeyli mübarizə gördük. Bir xal bizim üçün lazım idi. Rəqib istəkli oynadı. Futbolçularımızdan razı qaldım". Matc.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçi Qurban Qurbanov Premyer Liqanın X turundan səfərdə "Neftçi" ilə qolsuz bərabərlikdən sonra söyləyib.
 
47 yaşlı mütəxəssisin sözlərinə görə, bu günkü matçda komandası yaxşı mübarizə aparıb: "Son 10 gündə 3-cü oyunumuzdu, istər-istəməz yorğunluq vardı. Lakin "Neftçi" də istəkli idi, qələbə qazanıb xal fərqini azaltmaq istəyirdilər. İkinci hissədə yorğunluq öz sözün dedi".
 
Qurbanov Xayme Romeronun sabahdan komanda ilə tam şəkildə məşqlərə başlayacağını bildirib. O, ispaniyalı yarımmüdafiəçinin APOEL ilə Kiprdəki Avropa Liqası matçında "18-lik"də yer alacağını bildirib.
 Baş məşqçi oyunun sonlarında əzəlisini dartan Mahir Emrelinin zədəsi ciddi ola biləcəyini vurğulayıb. 
 
Qurbanov APOEL-in baş məşqçisi Tomas Dollun istefa verməsinə də münasibət bildirib: "İstefası qəbul olundumu? Xəbərim yoxdur. Dəyişiklik olanda, komanda daha yığcam olur. Bu barədə qəti düşünmürük. Əsad öz hazırlığımızdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest