İtaliyanın "Udineze" klubu baş məşqçisi İqor Tudorla yollarını ayırmağa hazırlaşır. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
Xəbərdə, A Seriyası təmsilçisinin noyabrın 3-nə qədər Tudorla yollarını ayıracağı bildirilir.
 
Bu komandanın son oyunlardakı biabırçı məğlubiyyətlərlə üzləşməsi səbəb göstərilir. Məsələ burasındadı ki, "Udineze" son iki turda "Atalanta"ya səfərdə 1:7, "Roma"ya isə edə 0:4 hesabıyla uduzub.
 
"Udineze" hazırda A Seriyasında 10 turdan 10 xalla 14-cü sıradadı. Komanda geridə qalan 9 turda 17 qol buraxıb ki, onun da 11-i son iki qarşılaşmaya təsadüf edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest