DÇ-2020-nin elit-raundunun püşkü noyabrın 7-də, saat 17:15-də İsveçrənin Nyon şəhərində atılacaq. UEFA püşköncəsi komandaları səbətləri bölüb. Millimiz öz qrupunun ikinci komandası olacaq.

Futzal üzrə Dç-2020-nin elit-raundunun püşkü noyabrın 7-də, saat 17:15-də İsveçrənin Nyon şəhərində atılacaq. Matc.az xəbər verir ki, UEFA püşköncəsi komandaları səbətləri bölüb.

Millimiz öz qrupunun ikinci komandası olacaq. Bu o deməkdi ki, komandamızla birgə qrupunun ikincisi olacaq İtaliya, Sloveniya, Serbiya rəqibimiz olmayacaq. Qrup birinciləri isə bu komandalar olacaq: İspaniya, Rusiya, Portuqaliya və Qazaxıstan. Komandaları reytinq cədvəlindəki mövqeyinə uyğun olaraq bu cür təsnifatlandırılıblar.

Elit-raundda iştirak edəcək 16 komada hər birində 4 iştirakçı olmaqla 4 qrupa bölünəcək. Hər qrupda əsas mərhələdə qrup qalibi olmuş 2, bir o qədər də ikinci pilləni turmuş komanda yer alacaq. Qrup qalibləri elit-raundun püşkü zamanı öz qruplarında 1-ci və 2-ci sırada, əsas mərhələnin "ikinciləri" isə 3-cü və 4-cü sırada qərarlaşacaq.

Elit-raundun oyunları 2020-ci il yanvarın 28-dən fevralın 2-dək keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pillənin sahibi olacaq 4 komanda pley-offda üz-üzə gələcək. Pley-off oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək. Qaliblər həlledici mərhələdə iştirak edəcəklər. Final mərhələsi gələn il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada təşkil olunacaq. Oyunlar "Kaunas Arena"da, "Vilnüs Arena"da və "Klaipeda Arena"da keçiriləcək.

 

Səbət 1 (qrupda 4-cü pillə)

Xorvatiya*

çexiya*

Ukrayna*

Səbət 2 (qrupda 2-ci pillə)

Serbiya*

Səbət 3 (qrupuda 1-ci pillə)

Rusiya*

İspaniya*

Portuqaliya*

Səbət 1 (qrupda 3-cü və 4-cü pillə)

Belarus

Finlandiya

Fransa

Rumıniya

Slovakiya

Səbət 2 (qrupda 2-ci pillə):

AZƏRBAYCAN

İtaliya

Sloveniya

Səbət 3 (qrupda 1-ci pillə):

Qazaxıstan

 

Qeyd: Qarşısında ulduz olan komandaların ev sahibliyi etmək üçün müraciəti təsdiqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest