Türkiyənin "Gənclərbirliyi" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Hamza Hamzaoğluna tapşırılıb
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bir neçə gün əvvəl Mustafa Kaplanla vidalaşan paytaxt klubu yeni baş məşqçisi ilə mövsümün sonunadək anlaşıb.
 
Hamzaoğlu son olaraq "Ərzurumspor" klubunu çalışdırıb. 
 
"Gənclərbirliyi" hazırda Super Liqada 9 turdan sonra 6 xalla 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest