Noyabrda AVRO-2020-nin seçmə mərhələsində son oyunlarını keçirəcək Bosniya və Herseqovina yığmasının heyəti bu gün açıqlanacaq. Baş məşqçi Robert Prosineçkinin siyahısı artıq hazırdı. "Qarabağ"ın qapıçısı Asmir Beqoviç də, nəhayət ki, milliyə dəvət ediləcək.

Noyabrda AVRO-2020-nin seçmə mərhələsində son oyunlarını keçirəcək Bosniya və Herseqovina yığmasının heyəti bu gün açıqlanacaq. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Robert Prosineçkinin siyahısı artıq hazırdı.

Bildirilir ki, "Qarabağ"ın qapıçısı Asmir Beqoviç də, nəhayət ki, milliyə dəvət ediləcək. Belə ki, həmkarlarımız Prosineçkinin 32 yaşlı qolkiperin Azərbaycan Premyer Liqasında və Avropa Liqasındakı performansını bəyəndiyini yazıb. Bu səbəbdən sonuncu dəfə ötən ilin oktyabrında Türkiyə ilə yoldaşlıq görüşündə iştirak edən Beqoviçin bir illik milli həsrətinə son qoyması gözlənilir.

Bosniya və Herseqovina noyabrın 15-də İtaliya ilə evdə, 18-də isə Lixtenşteynlə səfərdə qarşılaşacaq. Prosineçkinin qrup ikinciliyinə cüzi şansı qalıb.

Qeyd edək ki, "Qarabağ" Beqoviçi "Bornmut"dan ilin sonuna qədər icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest