Futbol üzrə Ukrayna kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” da bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda “Zarya” ilə qarşılaşıb. Matçın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Penaltilər seriyasında 5:4 hesabıyla qalib gələn “Aleksandriya” 1/4 finala vəsiqə qazanıb.
 
Paşayev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest