Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turunda "Neftçi" ilə qarşılaşan "Sumqayıt" bir günlük istirahətin ardından "Zirə" ilə qarşılaşmanın hazırlığına start verib. Matc.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün saat 15:00-da "Kapital Bank Arena"da məşqə çıxıb.
 
Yüngül qaçışla başlayan məşqdə daha sonra isə fiziki gücün artırılması yönündə müxtəlif çalışmalar edilib. Toplu hərəkətlərin ardınca isə hazırlığa ikitərəfli oyunla yekun vurulub.
 
Qeyd edək ki, "Zirə" – "Sumqayıt" qarşılaşması noyabrın 3-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcəck. Saat 15:00-da start veriləcək matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest