"çətin oyun oldu. Bizim üçün hər matç önəmlidi". Matç.az xəbər verir ki, bunu "Arsenal"ın baş məşqçisi Unay Emeri deyib. Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın qonağı olan İngiltərə təmsilçisi ardıcıl ikinci qələbəsini qazanaraq (3:0), yoluna maksimum nəticə ilə davam edib.

Oyunsonrası mətbuat konfransında ispaniyalı mütəxəssis matçı dəyərləndirib: "Bu gün çox güclü rəqiblə səfərdə qarşılaşdıq. "Qarabağ" iddialı komandadı. Bu gün çox əziyyət çəkdik. Amma yekunda lazım olan nəticəni qazana bildik".
 

- Smit dəyişildikdən sonra ona nə dediniz?
- Hər oyunçu hiss etməlidi ki, onlara şans verilir. Xüsusən də, akademiyanın yetirmələri. Smit həftə ərzində yaxşı hazırlaşmışdı. Oyundan sonra ona dedim ki, daha iddialı çıxış etsəydi, epizodların birində qol vəziyyəti yarada bilərdi.

- Onun hansı keyfiyyətləri rol oynadı?
- Həm hücum davranışında, həm də kombinasiyalarda yaxşıdı. Sağ ayağından yaxşı istifadə edir. Ən çox da məşqdə tapşırıqlarıma diqqətlə qulaq asır. Hər matça belə yanaşsa, mənim üçün çox yaxşı olar.

- "Qarabağ" sizi nə ilə təəccübləndirdi?
- Fərqli oyunlarını təhlil etmişdik. Həm avrokubokda, həm də çempionatda. "Sportinq" və "Şerif"lə matçlarını izləmişdik. "Sportinq"lə qarşılaşmanı ən pik performansda keçirmişdilər. "Atletiko" ilə görüşlər də yadımızdadı. Biz də çalışdıq ki, onlar yüksək keyfiyyətlərindən yararlana bilməsinlər.

- Monrealın əvəzlənməsi zədə ilə bağlı idi və Obameyanqın durumu nə yerdədi?
- Monreal taktiki dəyişiklik idi. Obameyanqın durumu isə hələ bəlli deyil. Həftəsonu çempionat oyunumuz var. Bütün futbolçularımızı həmin görüşə hazır etməyə çalışacağıq.

 

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest