İtaliyanın Bari şəhərində təşkil edilən parataekbondo üzrə Avropa çempionatı bu gün başlayacaq. Matc.az xəbər verir ki, Azərbaycan yığması qitə çempionatında 8 idmançı ilə təmsil olunacaq.

Eyniadlı şəhərdə noyabrın 1-də əlavə Avropa Oyunlarına (G4 Extra Euruopean Games 2019) start veriləcək. G4 kateqoriyalı yarışda böyüklərdən ibarət yığma komandamızın 6 üzvü mübarizəyə qatılacaq. Bu gün İtaliyaya yola düşən millinin heyətində Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Radik İsayev (80 kq yuxarı), Patimat Abakarova (53 kq), Fəridə Əzizova (67 kq) və Zahra Fazel Kalxoran (67 yuxarı) yer alıb.

45 Avropa ölkəsindən 213 idmançının (114 kişi, 99 qadın) reytinq xalları uğrunda döyüşəcəyi yarışlarda qalib idmançı aktivinə 40 xal, ikinci yer 24.5 xal, üçüncü yerə sahib olan isə 17.5 xal əlavə etmiş olacaq.

Bari şəhərinin "PalaFlorio" idman arenasında baş tutacaq yarışlara noyabrın 3-də yekun vurulacaq.

Azərbaycan Taekvond Federasiyasının vitse prezidenti Niyaməddin Paşayev, baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərlik etdiyi komandamız noyabrın 4-də vətənə dönəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest