Futbol üzrə İtaliya A Seriyasında 10-cu tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.
Turun açılış oyununda "Parma" və "Verona" komandaları üz-üzə gəlib. Qonaqlar bu oyundan minimal hesabla qələbə qazanıblar.
Turnir cədvəlində 2-ci sırada yer alan "İnter" səfərdə "Breşiya" ilə qarşılaşıb. üç qolun qeydə alındığı matç Milan təmsilçisinin qələbəsiylə yekunlaşıb.
İtaliya A Seriyası
10-cu tur
29 oktyabr
Parma – Verona 0:1
Qol: Lazoviç, 10.
Breşiya – İnter 1:2
Qol: Şkrinyar, 76-öz qapısına – L.Martines, 23. Lukaku, 63.
30 oktyabr
22:00 Napoli – Atalanta
00:00 Kalyari – Bolonya
00:00 Yuventus – Cenoa
00:00 Latsio – Torino
00:00 Sampdoriya – Leççe
00:00 Sassuolo – Fiorentina
00:00 Udineze – Roma
31 oktyabr
00:00 Milan – SPAL