Qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində gələn ay iki oyun keçirəcək. Matc.az xəbər verir ki, komandamız çexiya və Moldova ilə üz-üzə gələcək.

Noyabrın 7-də, saat 19:00-da "ASCO Arena"da çexiya, noyabrın 10-da isə saat 16:00-da Zimbru stadionunda Moldova ilə qarşılaşacaq qadınlarımızın heyəti də açıqlanıb.

Yığmanın heyəti: Aytac Şərifova ("Keflavik", İslandiya), Gülsüm Tunc, Kristina Bakarandze (hər ikisi "Hakkarigücü", Türkiyə), Nigar Abdulova ("Keşlə"), Kamilla Məmmədova, Nigar Mirzəliyeva (hər ikisi "Balxurma"), Vüsalə Hacıyeva, Jalə Məhsimova, Firəngiz Teymurova (hamısı "İyevsk", Rusiya), Manə Mollayeva, Nərgiz Hacıyeva, Vüsalə Seyfəddinova (hamısı "Ryazan VDV", Rusiya), Yeliz Açar, Parlak Nazlıcan, Aysun Əliyeva (hamısı "Fatih Vatan", Türkiyə), Roza Quliyeva ("Okjetpes", Qazaxıstan), Sevinc Cəfərzadə ("Kubanoçka", Rusiya), Alina Dorofeyeva, Diana Məmmədova (hər ikisi "Yenisey", Rusiya), Salome Qasviani ("Lançxuti", Gürcüstan), Sona Rəhimova (8 - İOEUGiM).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest