Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb. Matc.az xəbər verir ki, IX turda 14 qol vurulub.

Bu da cari mövsüm üçün ən yüksək göstəricidi. Toplardan 6-sı "Sumqayıt" – "Neftçi" (2:4), 4-ü "Sabah" – "Zirə" (2:2), 3-ü "Keşlə" – "Qəbələ" (2:1), 1-i "Qarabağ" – "Səbail" oyununa təsadüf edib. Meydan sahibləri və qonaqların eyni sayda – 7 dəfə fərqləndiyi turda orta məhsuldarlıq 3,50-yə bərabər olub.

Bunadək mövsümün rekordu 13 qolun vurulduğu III turda qeydə alınmışdı. Maraqlıdı ki, həmin turda da eyni cütlər üz-üzə gəlib. "Qəbələ" - "Keşlə" və "Səbail" – "Qarabağ" görüşləri eyni – 0:4, "Neftçi" – "Sumqayıt" qarşılaşması 2:1, "Zirə" – "Sabah" oyunu 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, sonuncu dəfə ən azı 14 qolun vurulduğu tur ötən mövsümün sonunda yaşanıb. XXVIII turda indiki kimi 14 qol qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest