"çaykur Rizəspor"un futbolçusu Nikolay Morozyukun həyat yoldaşı İrina Morozyuk klub prezidenti kimi fəaliyyət göstərəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, xanım Morozyuk Lvovun həvəskar komandası olan "Lion"a rəhbərlik edəcək.

Bununla o, Ukrayna futbol tarixinin ilk qadın prezidenti olub. Ukrayna millisinin üzvü həyat yoldaşını sosial şəbəkə vasitəsilə təbrik edib. Klub isə instaqram səhifəsi vasitəsilə bu təyinatın onlara uğur qazandıracağını yazıb: "Belə prezidentlə 2-3-cü olmağa haqqımız yoxdu".

Qeyd edək ki, Nikolay Morozyuk "çaykur Rizəspor"a bu il Kiyev "Dinamo"sundan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest