Bosniya və Herseqovina mətbuatı ölkə çempionatlarının geridə qalan turunda legioner həyatı yaşayan futbolçularının çıxışını araşdırıb. Həmkarlarımız həftəni yaxşı şəkildə keçirən 50 legionerini dəyərləndirib.

Bosniya və Herseqovina mətbuatı ölkə çempionatlarının geridə qalan turunda legioner həyatı yaşayan futbolçularının çıxışını araşdırıb. Matc.az saytının yerli KİV-ə istinadən məlumatına görə, həmkarlarımız həftəni yaxşı şəkildə keçirən 50 legionerini dəyərləndirib.

Həm milliyə çağırılan, həm də potensial yığma üzvlərinin yer aldığı siyahıdan ilk "11-lik" qurulub. Həmkarlarımız "Qarabağ"ın qapıçısı Asmir Beqoviçi də həmin rəmzi heyətə daxil edib. Premyer Liqanın IX turunda "Səbail"lə qarşılaşmada (1:0) qapısını toxunulmaz saxlayan Beqoviç bu baxımdan Bosniya və Herseqovina yığmasına çağırılan İbrahim Şehiç, Jasmin Buriç və Kenan Piriçi qabaqlayıb.

Həmçinin Edin Dzeko və Miralem Pyaniç kimi ulduz futbolçular da simvolik heyətdə özlərinə yer ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest