Futbol üzrə İtaliya A Seriyasının 9-cu turu çərçivəsində "Latsio" ilə oyundan sonrakı davranışı "Fiorentina"nın ulduz futbolçusu Frank Riberiyə baha başa gəlib. Matc.az xəbər verir ki, İtaliya Futbol Federasiyası fransalı yarımmüdafiəçiyə 3 oyunluq cəza verib. 
 
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Federasiya ulduz futbolçuya 20 min avro cərimə də kəsib.
 
Xatırladaq ki, Riberi sözügedən matçın final fitindən dərhal sonra qarşılaşmanın yan xətt hakimini sərt şəkildə iki dəfə itələmiş və buna görə qırmızı vərəqə almışdı.
 
"Fiorentina" - "Latsio" matçı qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb. 36 yaşlı Riberi yayda transfer olunduğu Florensiya klubunda bu mövsüm 9 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest